Qazaxıstanda bir ailənin yeddi üzvü qazdan öldü


Qazaxıstanda bir ailənin yeddi üzvü qazdan öldü

Qazaxıstanın Manqıstau vilayətində bir ailənin beşi uşaq olmaqla yeddi üzvü qazdan zəhərlənərək ölüb.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, ölənlərin hamısı Özbəkistan vətəndaşıdır.

 

Məlumata görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. İlkin ehtimala əsasən, insident qaz avadanlığından düzgün istifadə edilməməsi səbəbindən baş verib.#

 

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR