18 yaşlı gənc hamamda ölü tapıldı

19:34 / 02.03.2025
10593
İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərdə kirayə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu hamamda ölüb.
Onun dəqiq ölüm səbəbi hələlik bilinmir. Məlumata görə, mərhum İsmayıllı Humanitar Kollecinin tələbəsi olub.