Yaşıl Nəhəng qayıdır: Yeni “Şrek 5”in ilk treyleri yayımlandı

Yaşıl Nəhəng qayıdır: Yeni “Şrek 5”in ilk treyleri yayımlandı

“Universal Pictures” beşinci “Shrek” filminin ilk treylerini yayımlayıb. Yeni filmin aktyorlarının adı açıqlanıb. 

 

Sfera.az bildirir ki, video bu gün “YouTube”da yayımlanıb. Qısa bir videoda yaşıl gülməli div haqqında kult franşizasının yaradıcıları əsas personajları, Şrek və Fionanın yetkin qızı göstərilib. Qeyd edək ki, “Shrek 5”in premyerası 2026-cı ilin sonunda olacaq

 

Qızı amerikalı aktrisa Zendaya səsləndirir. Zendaya ulduzlarla dolu səs heyətinə qoşulur. Layihədə ondan əlavə, aktyorlar Mayk Mayers, Eddi Merfi və Kemeron Diaz da var. Onlar artıq franşizanın əvvəlki hissələrində Shrek, Donkey və Fionanı səsləndiriblər.

 

“Şrek”in yeni hissəsinin kinoteatrlarda premyerası 2026-cı ilin Milad günündə, yəni dekabrın 23-də olacaq.

 

Franşizanın yeni hissəsinin rejissoru ikinci və üçüncü hissələr üzrə işdə ssenaristlərdən biri kimi iştirak edən və “Trolls” filmini yaradan Uolt Dorndur.

 

Xatırladaq ki, franşizanın ən son filmi 2010-cu ildə premyerası olan “Shrek Forever After” filmidir. 2022-ci ildə hekayənin spin-offu və "Çəkməli pişik" (2011) cizgi filminin davamı olan "Çəkməli pişik 2: Son arzu" cizgi filmi də buraxılıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...