Gəncədə qadın dəm qazından zəhərləndi

20:45 / 01.03.2025
4118
Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü D. Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə o yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib