Zelenski Londondadır – Martın 2-də mühüm görüşlər olacaq

Dünya
16:00 / 01.03.2025
4519
Ukrayna Prezidenti Volodimir Zelenskini aparan təyyarə bu gün Bakı vaxtı ilə 15:03-də Londona eniş edib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Zelenski İngiltərə paytaxtına bir neçə gündür qaldığı ABŞ hərbi bazasından gəlib.
Zelenskinin Londona gəlməsində məqsəd martın 2-də burada Ukrayna ilə bağlı təşkil edilən və Avropa ölkələrinin rəhbərlərinin qatılacağı görüşdə iştirak etməkdir.
Bu görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan da qatılacaq.
Vasif