Ukrayna üçün çətin dövr başlayır: “ABŞ-nin dəstəyi zəifləyəcək”

Ukrayna üçün çətin dövr başlayır: “ABŞ-nin dəstəyi zəifləyəcək”

Dünən Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüş iki lider arasında mübahisə ilə nəticələnib. Tramp Zelenskini “ya sövdələşməyə gedəcəksiniz, ya da biz yoxuq” sözləri ilə hədələyib. Zelenski isə bu tələbə etirazını bildirib. 

 


Görüşdən sonra Tramp bəyanatında Zelenskini hörmətsizlik etməklə ittiham edib. Ukrayna lideri həmin görüşdən sonra Vaşinqton səfərini yarımçıq dayandırmaq qərarı alıb.  

 


Maraqlıdır, bundan sonra proses necə irəliləyəcək? 

 

Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ağ Evdə Trampla-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Onun sözlərinə görə, öncə Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq, sonra isə Putin Trampla yaxın müddətdə görüşməyə cəhd edəcək. 

 


E.Şahinoğlu qeyd edib ki, Putin Zelenskinin vəziyyətinə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək. O, həmçinin, vurğulayıb ki, Ukrayna ABŞ-nin maliyyə və hərbi yardımını unutmalıdır: "Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslarla barədə bu gün Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın rerurslarını ələ keçirmək istəyirdi. Buna baxmayaraq, Zelenski ABŞ-nin borcuyla bağlı nəsə etməlidir. Əlbəttə, bu, Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda, borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanimzini düşünməlidir". 

 


Politoloqun fikrincə, Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq: "Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönətlmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi". 

 

 

E.Şahinoğlu onu da vurğulayıb ki, Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından  uzaq olması faydalıdır. 

 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...