Tramp-Zelenski görüşündən sonra nələr olacaq?

Tramp-Zelenski görüşündən sonra nələr olacaq?

“Putin Ağ Evdə Trampla-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq”.

 

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə yaşanan mübahisəni şərh edərkən deyib.

 

Onun sözlərinə görə, ilk əvvəl Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq:

 

“İkincisi, Putin Trampla yaxın müddətdə görüşməyə çalışacaq. Doğrudur, Putin Zelenskinin gününə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək.

 

Bu arada, Ukrayna ABŞ-ın maliyyə və hərbi yardımını unutmalıdır. Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslarla barədə bu gün Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın rerurslarını ələ keçirmək istəyirdi. Buna baxmayaraq, Zelenski ABŞ-ın borcuyla bağlı nəsə etməlidir. Əlbəttə, bu Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanimzini düşünməlidir”.

 

E.Şahinoğlu qeyd edib ki, Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq:

 

“Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək. Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönəltmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi”.

 

“Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır”, – politoloq bildirib.


OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...