Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu ala bilmirlər.

 

Sfera.az bildirir ki, tragikomik hekayə Fransanın Tuluza sakini Jan-David E. adlı şəxs polisə müraciət etdikdə onun bank kartının avtomobilindən oğurlandığını bildirməsi ilə başlayıb. Bank dərhal kartı bloklayıb, lakin bundan əvvəl oğrular yaxınlıqdakı mağazada 52,50 avro xərcləməyə nail olublar. Kart sahibi onun kartından kimin istifadə etdiyini və nə aldığını öyrənmək üçün mağazaya gedib.

 

Kassir zərərçəkənə bildirib ki, evsiz kimi görünən iki nəfər onun kartından siqaret və bir neçə lotereya bileti alıblar.

 

Biletlər arasında onlardan biri, nağd pul oyunu qalib olub - oğrular 500.000 avro qazanıblar, Onlar uduşlarını geri götürmək üçün Française des Jeuxa getməyə dəvət olunublar.

 

Amma qaliblər polis tərəfindən saxlanılacağı üçün uduşlarını ala bilmirlər. Kart sahibi kişilərə uduşları bölüşməyi təklif edir.

 

Bilet hazırda bloklanıb.

 

Oğurlanmış kartın sahibi Jean-David E, "Əgər vəkilimlə əlaqə saxlamasalar, bilet istifadəyə yararsız olacaq. Bəs niyə barışıq razılaşmasına gəlib onu yarıya bölməyək"-deyə bildirib.

 

İki evsiz adam əməkdaşlıq edərsə, 250 min avronu, qalanını isə Jan-David E. alacaq. Bu məbləğlə adam 25-15 il müddətlik ipotekasını ödəməyə ümid edir. Amma oğrulardan hələ ki, xəbər yoxdur.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Fuad Babayevin məhkəməsi başladı - Hansı cəza veriləcək?

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəş...

Ağır qəzada ölən qohumların FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.   Sfera.az xəbər ver...

21 yaşlı hamilə qadının ölümünə görə ginekoloq məhkəmə QARŞISINDA

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon ...

"Kızılcık Şerbeti”nin aktrisasına 5 il həbs

"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun qız dostunu hədələdyi üçün mə...

Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.   Sfera.az xəbər verir ki,...

ABŞ-İran görüşü hansı tarixdə reallaşacaq? - AÇIQLAMA

“İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti raundunun vaxtı və yeri ilə bağlı hələlik razılıq əldə olunmayıb”.   Sfera.az...