Azərbaycan kuboku: "Qarabağ"ın yarımfinaldakı rəqibi müəyyənləşdi


Azərbaycan kuboku: "Qarabağ"ın yarımfinaldakı rəqibi müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edib. Səfərdə minimal hesabla uduzan Rəşad Sadıqovun komandasının doğma meydanda geridönüş etmək cəhdləri uğursuz olub. Naxçıvan təmsilçisi ikinci görüşdə də qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb - 0:2.

 

“Araz-Naxçıvan” finala gedən yolda “Qarabağ”a rəqib olub.

 

Saat 19:30 başlayacaq digər görüşdə isə “Neftçi” və “Kəpəz” münasibətlərinə aydınlıq gətirəcək.

 

Azərbaycan kuboku: 1/4 final, cavab oyunları
 

28 fevral
 

“Zirə” – “Araz-Naxçıvan” 0:2 (İlk oyun – 0:1)
 

Qollar: Felipe Santos, 3-p; 45-p.
 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Zirə İdman Kompleksinin stadionu.


OXŞAR XƏBƏRLƏR