Trampın Zelenski ilə bağlı fikri dəyişib - “Bunu mən demişəm? İnana bilmirəm”

Trampın Zelenski ilə bağlı fikri dəyişib - “Bunu mən demişəm? İnana bilmirəm”

ABŞ Prezidenti Donald Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib. 

 


Xatırladaq ki, Tramp Zelenski barədə “diktator” ifadəsini işlətmişdi.

 


Jurnalistlər Trampdan Zelenskini “diktator” adlandırmasının səbəbin soruşublar. Suala cavab verən Tramp Zelenski haqqında bu ifadəni işlətmədiyini iddia edib: “Bunu mən demişəm? Bunu dediyimə inana bilmirəm”. 

 


Bəs Trampın fikrinin dəyişməsinə səbəb nə olub? 

 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Zelenskini “diktator” adlandıran və legitimliyini sual altına qoyan Trampın fikrini dəyişməsi istəklərinə nail olmasından qaynaqlanır.

 

Onun sözlərinə görə, bu gün Ağ Evdə Ukrayna prezidenti ilə görüşəcək ABŞ prezidenti nəhayət mineral ehtiyatlar üzrə sazişi imzalamağa hazırlaşır: “Əvvəlcə sazişdən imtina edən Ukrayna indi bunu daha “məqbul” hesab edir. Lakin Kiyevin razılaşması mövqeyinin nəzərə alınmasından daha çox Vaşinqtonun təhdidlərindən qaynaqlanır. Trampın “diktator” dediyi Zelenskiyə ünvanladığı sərt ittihamlar fonunda bu aydın görünürdü. İmzalanacaq sazişin mətnində ciddi dəyişiklik nəzərə çarpmır. Mediaya sızan məlumatlardan aydın olur ki, İnvestisiya Fondu yaradılacaq, Ukraynaya məxsus strateji əhəmiyyətli faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivlərindən (təbii qaz terminalları, dəniz limanları və s.) əldə olunan gəlirlərin 50 faizi bura köçürüləcək”. 

 


Politoloq qeyd edib ki, sazişin Ukrayna üçün mənfi və müsbət tərəfləri var: “Müsbət tərəflərini Ukraynanın mövcud vəziyyəti fonunda dəyərləndirmək olar. Fond Ukraynanın yenidən qurulmasına investisiyalar qoyacaq. Bu mexanizmin necə işləyəcəyi bəlli deyil, lakin mümkündür ki, layihələr ABŞ şirkətlərinə veriləcək və Birləşmiş Ştatlar pul qazanmaqla yanaşı, ölkənin inşa edilməsini də həyata keçirəcək. Həmçinin, sazişdə təhlükəsizlik öhdəliyi olmasa da, ABŞ şirkətlərinin Ukraynada işləməsi ölkə üçün faktiki qarant kimi qəbul edilə bilər. Çünki amerikalı investorların olduğu ölkələrdə təhlükəsizliyə Vaşinqton tərəfindən xüsusilə diqqət yetirilməsi kağız üzərində yazılmayan qaydalardandır. Mənfi tərəfləri gəlirlərin yarısının ABŞ ilə bölüşdürülməsi ilə yanaşı, sazişdə təhlükəsizlik təminatı üzrə heç bir qeydin, öhdəliyin olmamasıdır”. 

 


A.Nərimanlı Ukrayna ilə danışıqlar aparan ABŞ-nin maliyyə naziri Skott Bessentin saziş hazır olması ilə bağlı bəyanatını xatırladaraq Zelenskinin sazişi müzakirə etmək üçün yox, imzalamaq üçün Vaşinqtona getdiyini bildirib. O sonda vurğulayıb ki, bu prosesdə xüsusi məqam sazişin imzlanmasına nail olan Trampın daha sonra Zelenskinin hakimiyyətdə qalması ilə bağlı fikrinin dəyişib-dəyişməyəcəyidir: “Bu saziş Tramp Administrasiyasında Zelenskinin legitimliyinə dair sualları da aradan qaldırır, lakin Rusiya münaqişənin həlli ilə bağlı danışıqlarda Ukrayna prezidentini hələ də qəbul etmir. Trampın sürətlə dəyişən mövqeyi və Putinlə anlaşmaq istəkləri indi ABŞ-yə istədiyini verən Ukrayna hakimiyyətinə perspektivdə problemlər yarada bilər”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...