Baş nazir niyə rusca danışıb? - Rəsmi açıqlama

Baş nazir niyə rusca danışıb? - Rəsmi açıqlama

“Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib”.

 

Sfera.az xəbər verir ki, bunu APA-ya Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sosial şəbəkələrdə Baş nazir Əli Əsədovun Üçüncü Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində danışmasına vurğu edilməsinə münasibət bildirərkən deyib.

 

İ.Məmmədov qeyd edib ki, Üçüncü Forumda 5 ev sahibi - İranın 1-ci vitse-prezidenti və fəxri qonaq kimi dəvət olunmuş Tacikistanın Baş naziri fars dilində çıxış ediblər:

 

“Ona görə ki, fars dili Forumun rəsmi dilidir. Başqa hökumət başçıları isə rus dilində çıxış etdilər. Bu, məsələnin təşkilati tərəfidir.

 

Texniki baxımdan isə tərcümə yalnız fars dilindən rus dilinə, rus dilindən isə fars dilinə edilirdi. Baş nazir yalnız Forumun tədbirlərində rus dilində çıxış edib.

 

İranın 1-ci vitse-prezidenti Məhəmməd Arefi və İranın Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşlərdə isə Baş nazir Azərbaycan dilində danışıb və ümumiyyətlə bütün danışıq Azərbaycan dilində aparılıb”.

 


OXŞAR XƏBƏRLƏR

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...

"Qarabağ" Şuşada - VİDEO

"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.   Sfera.az xəbər verir ki, ...

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal – kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi ...

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.   Sfera.az bu barədə Azərbaycan Avtomob...

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.   Sfera.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğı...