“Sülh müqaviləsinin imzalanması ciddi maneələrlə üzləşib” - Nizami Səfərov

“Sülh müqaviləsinin imzalanması ciddi maneələrlə üzləşib” - Nizami Səfərov

"İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb". 

 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Nizami Səfərov deyib. 

 

 

N.Səfərov bildirib ki, belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə üzləşib: 

 


"Məsələ burasındadır ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb".

 

 

Deputat nəzərə çatdırıb ki, məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsidə Ermənistanın rəhbərliyi bəzi həqiqətləri etiraf etməyə məcbur olub: “Ermənistan etiraf edir ki, əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa müharibə olacaq və heç vaxt sülh ola biməz. Ermənistanın əsas qanununda Azərbaycan tərəfinin təkidlə tələb etdiyi dəyişikliklər baş verərsə, sülh müqaviləsinin bağlanmasına ən ciddi maneələrdən biri aradan qaldırılmış olacaq. Cənab Prezidentin dediyi kimi, Ermənistanın konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir". 

 


Azərbaycan tərəfinin israr etdiyi digər mühüm tələbin ATƏT-in Minsk qrupunun ləğv edilməsi olduğunu söyləyən millət vəkili diqqətə çatdırıb ki, tarixə qovuşan münaqişənin həlli üçün yaradılan və otuz ilə yaxın bir müddətdə fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirən bir qurumun mövcudluğuna ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra heç bir ehtiyac yoxdur: 

 


"Azərbaycan tərəfinin beynəlxalq hüquqa və mövcüd geosiyasi reallıqlara əsaslanan mövqeyi birmənalı olaraq nümayiş etdirir ki, dövlətimiz Cənubi Qafqaz regionunda davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl fəaliyyətini davam etdirir və şübhəsiz ki, ölkəmizin səyləri öz müsbət nəticələrini yaxın zamanlarda verəcək". 

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

ADNSU-da Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib. T...

Rus ordusu Yaltanı ələ keçirdi

Rusiya ordusu Donetsk vilayətinin Yalta yaşayış məntəqəsini ələ keçirib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb....

PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə BİLƏCƏK

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasp...

Günəşin ən dəqiq görüntüsü əldə olundu - FOTO

ABŞ-li alimlər Günəşin səthinin indiyədək qeydə alınmış ən detallı görüntüsünü əldə ediblər.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mi...

Əhaliyə xəbərdarlıq: İyunun 26-28-də...

İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidm...

TikTok rəqəmsal savadlılıq mövzusunda layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...