Qvineya-Bisau Prezidentinin Azərbaycana səfəri başa çatdı – FOTO

Siyasət
12:04 / 28.02.2025
2008
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.
Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.