“USAİD-ın ləğvi İrəvan üçün böyük zərbədir” - Bəhruz Məhərrəmov

“USAİD-ın ləğvi İrəvan üçün böyük zərbədir” - Bəhruz Məhərrəmov

“Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral tarixli bəyanatı bir daha göstərdi ki, Ermənistan regionda dayanıqlı sülhün tərəfdarı deyil və Paşinyanın normallaşma ilə bağlı bəyanatları sadəcə imitasiyadır”. 

 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib. 

 


Millət vəkili bildirib ki, bu günə qədər Azərbaycan və Ermənistan arasında normallaşma prosesində hansı uğur əldə olunubsa, monoloq yolu ilə əldə olunub: “İndi Azərbaycan hərbi siyasi qələbələri ilə elə bir geosiyasi konfiqurasiya yaradıb ki, nə Avropa İttifaqı, nə də onun çirkab yuvasına dönmüş parlament strukturu hansısa bəyanatla regionda nəyisə dəyişə bilməz. Əksinə, proseslər göstərir ki, zaman Azərbaycanın lehinə işləyir. Demokratların hakimiyyəti itirməsi ilə Ermənistan artıq okeanın o tayından əvvəlki dəstəyi görmür, yaxud Ermənistanı yeni münaqişəyə təşviq etmək məqsədi ilə son 5 ildə bu ölkəyə yardımlarını 2 dəfə artıran USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir. Yerli-yersiz Ermənistana dəstək verən Kanadanın özünün bir dövlət kimi mövcudiyyəti sual altına düşüb, Tramp Kanada Baş nazirini qubernator adlandırır. Yəni görünən odur ki, Avropa İttifaqı strukturları Ermənistanın himayəçisi qismində faktiki olaraq meydanda tək qalıb və bu prosesdə isə Avrostrukturların əsas tərəfdaşı qismində Azərbaycanda antimilli ünsürlər çıxış edir”. 

 


B.Məhərrəmov qeyd edib ki, Qərb təbliğat maşını marionetləri müstəqil siyasətçi adı altında, qərb tezislərindən asılı jurnalistləri azad media adı altında, ifşa olunmuşları isə siyasi məhbus adı altında Azərbaycan cəmiyyətinə sırımağa cəhd edir: “Əslində, xarici təsirlərin artığı hazırkı həssas dönəmdə ən müstəqil siyasətçi və ən azad jurnalist elə dövlətinin və prezidentinin yanında olmağı bacaranlardır. Dövlətin qarşısında durmaq qarşı cəbhədə olmaq deməkdir və heç bir halda müstəqillik göstəricisi ola bilməz, bu ya xainlikdir, ya da satqınlıq”. 

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...