Qvineya-Bisau Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Siyasət
18:00 / 27.02.2025
6128
Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Teleqraf xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.