Böyük güclər Türkiyədən ehtiyat edir: “Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki…”

Böyük güclər Türkiyədən ehtiyat edir: “Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki…”

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb. Onun sözlərinə görə, görüş zamanı iki ölkə səfirliklərinin fəaliyyətinin bərpa edilməsi müzakirə ediləcək. 

 


Xatırladaq ki, bundan öncə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. 

 


Bəs ABŞ və Rusiyanın növbəti görüş yeri kimi İstanbulu seçməsinin əsas səbəbləri nələrdir? 

 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, görüş yeri kimi İstanbulun seçilməsini iki kontekstdə dəyərləndirmək olar: “Birincisi, Ukrayna münaqişəsinin həllində, ümumilikdə geosiyasi müstəvidəki razılaşmalarında Türkiyə faktorunun nəzərə alınmasıdır. Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki, Türkiyənin prosesdən kənarda qalması əldə etmək istədikləri perspektivlərdə problemlər yarada bilər. Belə ki, Ukraynanın Türkiyənin dəstəyi ilə ABŞ-Rusiya razılaşmasını qəbul etməmək imkanları genişlənər. Ankaranın danışıqlar platforması kimi Vaşinqton, yaxud Moskva tərəfindən yox, məhz Kiyev tərəfindən irəli sürülməsi masada Ukraynanın mövqeyini gücləndirə bilər. Geosiyasi müstəvidə mövqeyi nəzərə alınmayan Türkiyə NATO-da Avropa ilə birlikdə ABŞ-yə ciddi müqavimət cəbhəsinin qurulmasına zəmin yarada bilər. Qara dənizdən Yaxın Şərqə qədər uzanan coğrafiyada Türkiyəsiz ABŞ-Rusiya razılaşmalarının praktiki müstəvidə reallaşması çətindir. İstanbulun danışıqlarda platforma kimi seçilməsi Ankaranın Vaşinqton-Moskva xəttindəki danışıqlar prosesinə daxil edilməsi, perspektiv addımlarda Türkiyənin dəstəyinin alınmasına hesablanıb”. 

 


A.Nərimanlının sözlərinə görə, digər məqam isə Ukrayna danışıqlarında İstanbul razılaşmaları layihəsinin baza kimi qəbul edilməsidir: “Müharibənin ilk ilində baş tutan İstanbul danışıqlarında Rusiyanın şərtlərinin qəbul edilməsi ön planda idi. Daha sonra daim İstanbul razılaşmalarına istinad edən Kreml danışıqlar masasının Türkiyədə qurulmasında 2022-ci ildəki üstün mövqeyini təmin etmək baxımından maraqlıdır. Moskvanın mövqelərini nəzərə alan Vaşinqton da bunu qəbul edir. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff də bildirib ki, 2022-ci ilin əvvəlində Rusiya və Ukraynanın bağlaya biləcəyi İstanbul razılaşmaları layihəsi Ukrayna münaqişəsinin nizamlanması üçün əsas kimi götürülə bilər. Burada ən önəmli məqamlardan biri Ukrayna ilə bağlıdır. Masanın İstanbulda qurulması Kiyevi Türkiyənin dəstəyi və ədalətli mövqeyinə görə danışıqlara gəlməyə sövq edə bilər”. 

 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...