“Sülh sazişinin mətnində belə bənd yoxdur” - Paşinyan razılaşmadan kənara çıxır

“Sülh sazişinin mətnində belə bənd yoxdur” - Paşinyan razılaşmadan kənara çıxır

Baş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. Paşinyanın sözlərinə görə, razılaşdırılmayan bəndlərdən biri tərəflərin sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsi ilə bağlıdır. Digəri isə “Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab verməməsi”dir. 

 


Paşinyan Rəsmi Bakının silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminin yaradılması ilə bağlı İrəvanın təklifini cavabsız qoyduğunu da iddia edib. 

 


Ermənistan baş nazirinin iddiaları nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı iddia etdikləri müzakirə predmeti deyil. Politoloq dedi ki, bu bənd sülh sazişinin mətnində yoxdur: “Müharibədə məğlub olan ölkənin qalib ölkəyə “gəl silahlarımıza qarşılıqlı nəzarət edək” təklifinin irəli sürməsi məntiqsizdir. Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin. Bir də ki, Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara hazır olmalıyıq”. 

 


Politoloq qeyd edib ki, Paşinyanın “tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” ifadəsinin ünvanı Bakı deyil, İrəvandır: “Paşinyan Avropa İttifaqının və Fransanın istəyi ilə Ermənistanda müşahidəçilər yerləşdirməsəydi, bu məsələ Bakı ilə İrəvan arasında fikir ayrılığına səbəb olmazdı. İki ölkə arasında sülh danışıqları aparılırsa və sülh sazişi imzalanacaqsa, gərginlik yaradan müşahidəçilər bölgəni tərk etməlidirlər. Bu Rəsmi Bakının haqlı tələbidir. Onların sərhəd boyu hərəkət etmələri, Avropadan gələnlərin daima durbinlə Azərbaycana boylanmaları iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilib”. 

 


E.Şahinoğlu vurğulayıb ki, Paşinyanın kommunikasiyaların açılması ilə bağlı təklif etdiyi variantlar onun əvvəlkitək Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinə olduğunu göstərir: “Onun birinci təklifi budur ki, Ermənistan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə açmağa hazırdır. Bunu əvvəl də bir neçə dəfə söyləyib. İkinci təklifi isə odur ki, İrəvan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır. Bu da yeni təklif deyil”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədəSfera.az-a Milli Hidrometeorologiya Xidmətində...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...

"Qarabağ" Şuşada - VİDEO

"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.   Sfera.az xəbər verir ki, ...

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal – kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi ...

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.   Sfera.az bu barədə Azərbaycan Avtomob...