Qarlı havada xəsarət alanların sayı 347-ə ÇATDI

Hadisə
11:06 / 27.02.2025
3004
Qarlı havaya görə indiyədək 347 nəfər təcili tibbi yardıma müraciət edib.
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb.
Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.