HƏMAS dörd cəsədi İsrailə təhvil verdi

Dünya
10:36 / 27.02.2025
3007
Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşması çərçivəsində dörd israilli girovun cəsədini təhvil verib.
Sfera.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Qəzza zolağında əsir saxlanılan 4 israillinin cəsədi HƏMAS tərəfindən Qırmızı Xaç təşkilatına təhvil verilib”, - məlumatda deyilir. Mənbələrin telekanala verdiyi məlumata görə, cəsədlərin təhvil verilməsi mərasimsiz və jurnalistlərdən uzaqda, Qəzzanın cənubundakı Xan Yunisdə baş tutub.
Bəsti