Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi


Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə azadlıqdan məhrum edilib.
 

Sfera.az xəbər verir ki, məşhuru uşaqlara və onun aktyorluq dərslərinə qatılan iki tələbəyə qarşı 26 cinsi cinayətdə təqsirli bilən Vulverhempton Tac Məhkəməsinin hakimi Nil Çavla hökm çıxarıb. Zərərçəkmişlər arasında bir uşaq hətta səkkiz il təqib edilib. Aktyor ötən ilin dekabrında təqsirli bilinib.
 

Prokurorlar məşhuru "manipulyasiya edən və yırtıcı" kimi təsvir ediblər. Dövlət ittihamçıları onun beş qurbana qarşı təkrar cinayətlərinin "bir vərdiş, həyat tərzi" olduğunu bildiriblər. Hakim Westwoodu məşhur statusundan günahsız gənc qızları ovlamaq üçün istifadə etməkdə təqsirli bilib.
Dekabr ayında o, azyaşlı uşağa, (9-10 yaşlı oğlana) ondan kömək istəyən iki yeniyetmə qıza və bir qadına qarşı cinsi cinayətlərdə təqsirli bilinib.
 

Hakim onun cinsi cinayətlər kampaniyasının beş qurban üçün dağıdıcı nəticələrə səbəb olduğunu bildirərək aktyorun təkəbbürlü və hadisələrə açıq-aşkar biganəlik nümayiş etdirdiyini əlavə edib.
 

Vestvudun ən kiçik qurbanına qarşı cinayət əməli zərərçəkənin altı, özünün isə 10 yaşında olanda başlayıb. Prokuror bunun illərlə cinsi zorakılığın normallaşmasına səbəb olduğunu bildirib.


2020-ci ilin noyabrı ilə 2021-ci ilin sentyabr ayları arasında Vestvud aktyorluq dərsləri alan tələbəsinə təcavüz və dəfələrlə istismara məcbur edib. Hamletdən Ofeliyanın monoloqunu ifa edərkən o, soyunmağa məcbur olub. O, qızla 1991-ci ildə çəkilmiş “Frenki və Conni” filmindəki seks və digər erotik səhnələr haqqında da danışıb. Aktyor bu zaman ona toxunub, bundan sonra onu zorlayıb.
 

Aktyorun ikinci yeniyetmə qıza qarşı zorakılığı da 2021-ci ilin may və avqust ayları arasında baş verib. Tələbə uyğun olmayan ssenariləri canlandırmaq məcburiyyətində qalıb və Vestvud onun özəl hissələrinə toxunaraq soyundurub.
 

Ümumilikdə Vestvuda qarşı 77 ittiham irəli sürülsə də, ittihamların sayı 26-ya endirilib. Müttəhimin cinayətləri törətdiyi zaman azyaşlı olduğunu nəzərə alaraq, 26 maddədən 11-nin cəzaları yarıya endirilib.

 

Hakim, həmçinin zərərçəkmiş 5 nəfərin hər biri üçün ayrılıqda mütəhhimə həbs-qətimkan tədbiri seçib. Hökm elan edildikdən sonra məhkəmə zalında alqış sədaları yaranıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...