Azərbaycan nefti bahalaşdı
15:00 / 21.01.2017
1143
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,28 dollar, yaxud 2,34% artıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,07 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.