Dünyada ümumi borc 318 trilyon dollara çatıb - Hamı FED-in qərarını gözləyir

Dünyada ümumi borc 318 trilyon dollara çatıb - Hamı FED-in qərarını gözləyir

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc etdiyi hesabata görə, dünyada borcların ümumi məbləği 318 trilyon dollara çatıb. Ümumi borcun ÜDM-ə nisbəti 1,5 faiz bəndi artaraq 328 faizə yaxın olub. Bu qədər borcun 95 trilyon dolları dövlət borcudur. 

 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iqtisadi artım yavaşladıqca, qlobal borcun ÜDM-ə nisbəti 2020-ci ildən bəri ilk dəfə artıb. 

 


ABŞ mərkəzi bankının (FED) uçot dərəcəsini aşağı salacağı gözləntiləri də borclanmanı artırır. Maraqlıdır ki, qlobal borcun 7 trilyon dollar artması əsasən FED-in uçot dərəcəsinin azaldılması gözləntiləri ilə əlaqələndirilir. 

 


IIF həmçinin xəbərdarlıq edir ki, artan maliyyə kəsirləri davam edərsə, bunun əziyyətini hökumətlər çəkəcək. IIF borclanmağa görə bazar reaksiyalarının Böyük Britaniya və Fransadakı siyasi liderlərin vəzifə müddətinə necə təsir etdiyinə dair nümunələr də təqdim edib: “2022-ci ildə Böyük Britaniyada bazar reaksiyası Baş nazir Liz Trussun qısamüddətli səlahiyyət müddətinin sona çatmasına səbəb oldu, oxşar təzyiqlər isə keçən il Fransanın Baş naziri Mişel Barnieri vəzifədən kənarlaşdırdı”. 

 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...