Almaniyanı “uzun adam” idarə edəcək - Merz kimdir?

Almaniyanı “uzun adam” idarə edəcək - Merz kimdir?

2025-ci ilin fevralın 23-də Almaniya parlamentinə növbədənkənar seçkilər keçirilib. 

 


Sfera.az xəbər verir ki, nəticələrə görə Xristian Demokrat Birliği partiyaları alyansı (CDU/CSU) seçkilərdə 28,6 faiz səs toplayaraq hökuməti qurmaq imkanı əldə ediblər. 

 


Böyük ehtimalla Almaniyada yeni hökumət CDU/CSU-nun rəhbəri olan Fridrix Merzin başçılığı altında qurulacaq. 

 


Bəs Merz kimdir? 

 


Merz 1955-ci ilin noyabrın 11-də Brilonda anadan olub.
Merz hüquq təhsili alıb və əvvəlcə hüquqşünas kimi çalışıb. Hələ məktəbdə oxuyarkən CDU-ya qoşulan Merzin gözü həmişə siyasətdə olub və 1989-cu ildə Avropa Parlamentinə (AP) seçilib. Daha sonra 1994-cü ildə millət vəkili olduqdan sonra daxili siyasətə keçib. 

 


Bir neçə il ərzində partiya sıralarında yüksələn Merz Angela Merkellə hakimiyyət mübarizəsindən sonra partiya daxilində mövqeyini itirib. Siyasəti tərk etmək qərarına gələn Merz uzun illər “BlackRock Germany” və “HSBC Trinkhaus & Burkhardt” kimi özəl sektorda yüksək vəzifələrdə çalışıb. 

 


Merz 10 ildən sonra yenidən parlamentə qayıdıb. Alman iqtisadiyyatının çətin vəziyyəti səbəbiylə Merz, Skolz hökumətinin irəli sürdüyü iqtisadi siyasətləri tez-tez tənqid edərək, ölkənin iqtisadi çöküşündə onları günahlandırırdı. O, sosial müavinətlərin azaldılması və dövlət məşğulluğunun kiçildilməsinin tərəfdarıdır. Mübahisəli şəkildə o, dövlət subsidiyalarını azaltmağa açıqdır, eyni zamanda dövlət gəlirlərini azaldacaq vergi endirimlərini dəstəkləyir. 

 


Xarici siyasətə gəldikdə, Merz keçən həftə Münhen Təhlükəsizlik Konfransında iddialı şəkildə çıxış edərək, Almaniyanın AB-də daha böyük liderlik rolunu oynamalı olduğunu və həmçinin Ukraynaya dəstək vəd edərək onun NATO-ya daxil olmasını dəstəklədiyini söylədi. 

 


Merz evlidir və üç övladı var. Aviasiya həvəskarı olan Merz boş vaxtlarında təyyarə idarə edir.

 


Merz həm də uzun adam kimi tanınır. Onun boyu 1,98 metrdir. 

 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Günəşin ən dəqiq görüntüsü əldə olundu - FOTO

ABŞ-li alimlər Günəşin səthinin indiyədək qeydə alınmış ən detallı görüntüsünü əldə ediblər.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mi...

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədəSfera.az-a Milli Hidrometeorologiya Xidmətində...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...

"Qarabağ" Şuşada - VİDEO

"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.   Sfera.az xəbər verir ki, ...

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal – kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi ...

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...