Uzunmüddətli əmanətlər sürətlə artır - Təşviq öz səmərəsini verir

Uzunmüddətli əmanətlər sürətlə artır - Təşviq öz səmərəsini verir

Azərbaycan banklarına əhali tərəfindən uzun müddətə qoyulan əmanətlərin məbləğində sürətli artım müşahidə edilir.

 


Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, yalnız 2025-ci ilin yanvarında uzunmüddətli əmanətlərin məbləği 122 milyon manat və ya 3 faiz artıb. 

 


Məlumatların təhlili göstərir ki, yanvarda əmanətlərin məbləğində artım məhz uzunmüddətli əmanətlərin hesabına baş verib. Belə ki, yanvarda bütün əmanətlərin məbləği 37 milyon manat artıb. Bu dövrdə qısamüddətli əmanətlər 85 milyon manat azalıb. Əgər uzunmüddətli əmanətlərdə 122 milyon manatlıq artım baş verməsəydi, o halda banklarda olan əmanətlərin məbləği azalmalıydı. 

 


Uzunmüddətli əmanətlərin məbləğindəki artım dinamikasına nəzər yetirdikdə görürük ki, əhali 2024-cü ilin əvvəlindən başlayaraq vəsaitlərini əsasən uzun müddətə banklara yerləşdirib. Bunun nəticəsində uzunmüddətli əmanətlərin məbləği 2023-cü ilin sonundakı 2,586 milyard manatdan 2024-cü ilin sonundakı 4,089 milyard manata qədər yüksəlib. 

 


Yüksəliş 2025-ci ildə də davam edir və artımdan sonra uzunmüddətli əmanətlərin məbləği 4,21 milyard manata çatıb. Son 13 ayda uzunmüddətli əmanətlərin məbləğində 1,624 milyard manat və ya 63 faiz artım var. 

 


2023-cü ilin sonundan indiyə qədər bütün əmanətlər 1,75 milyard manat artıb. Deməli, son 13 ayda əmanətlərdəki artımın yalnız 126 milyon manatlıq hissəsi qısamüddətli əmanətlər hesabına baş verib. 

 


Uzunmüddətli əmanətlərin sürətlə artmasının əsas səbəbi manatla 18 ay və daha artıq müddətə qoyulan əmanətlərin təşviq edilməsidir. 

 

 

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, uzun müddətə qoyulan əmanətlərə görə alınan faizlərdən 3 il ərzində vergi tutulmayacaq. Əvvəllər əmanət faizlərindən 10 faiz vergi alınırdı. 

 


Digər tərəfdən banklar da uzunmüddətli əmanətlərə yüksək faiz təklif edir. Manatla uzun müddətə qoyulan əmanətə görə ildə 12 faiz gəlir əldə etmək mümkündür. 
Buna görə də banklara pul yerləşdirən insanlar vəsaitlərini uzun müddətə bağlanan müqavilələrlə əmanət edirlər. 
Mövcud şərtlər qaldıqca böyük ehtimalla əmanətlərin tərkibində uzunmüddətli əmanətlərin məbləği və payı daha da artacaq. Hazırda cəmi əmanətlərin 28,6 faizi uzunmüddətlidir. Amma 13 ay əvvəl uzunmüddətli əmanətləri payı 20 faiz təşkil edirdi. 

 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...