Banklar ipoteka kreditlərini xeyli azaldıb - Rəqəmlər

Banklar ipoteka kreditlərini xeyli azaldıb - Rəqəmlər

2025-ci ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən dövlət vəsaitindən istifadə etməklə əhaliyə cəmi 700 min manat ipoteka krediti verilib. 

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvarında verilən ipoteka kreditinin məbləği 2024 və 2023-cü ildə ayrılan kredit məbləğindən xeyli azdır. 

 


Yanvarda verilən ipoteka kreditinin məbləği 2024-cü ildə 16,1 milyon manat, 2023-cü ildə 8,8 milyon manat olmuşdu. Müqayisə göstərir ki, ötən ilə nisbətən bu ilin yanvarında ipoteka kreditləşməsi 23 dəfə, 2023-cü illə müqayisədə isə 12,6 dəfə azalıb. 

 


Banklar ipoteka kreditlərini azaltsa da dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait böyük olub. Yanvarda Fond büdcədən 21,3 milyon manat alıb. 

 


Son məlumata əsasən, banklar tərəfindən verilən bir ipoteka kreditinin orta məbləği 64 174 manat olub. İpoteka krediti götürənlər isə hər ay orta hesabla 457 manat kredit ödəyir. 

 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...