Zığda evdə yanğın: ölən var

Hadisə
10:06 / 26.02.2025
4067
Bakıda fərdi yaşayış evində yanğın olub.
Sfera.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib.
Yanğın zamanı, əqli cəhəddən qüsurlu Ə.Əlməmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.