5 nəfərlik dəstə "Amerika" adlı qızıl unitaz oğurladı - FOTO

5 nəfərlik dəstə "Amerika" adlı qızıl unitaz oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.
 

Sfera.az bildirir ki, muzey eksponatı olan qızıl unitaz 5 dəqiqə ərzində oğurlanıb. Oğrular tutulsa da, unitaz heç vaxt tapılmayıb.
 

2,8 milyon funt sterlinq dəyərində olan qızıl tualet "Amerika" adlanırdı və italyan konseptual rəssam Mauritsio Kattelanın sərgisinin bir hissəsi idi. 2019-cu ilin sentyabrında Blenheim sarayından oğurlanıb.
 

Məhkəmə sənədlərinə əsasən, səhər tezdən çəkiclə silahlanmış beş nəfərdən ibarət dəstə saray qapılarını sındırıb.
 

Təqsirləndirilən şəxslərdən biri olan Maykl Consun unitazın oğurlanmasından təxminən 17 saat əvvəl fotosunu çəkdiyi iddia edilir.


Prokuror Julian Christopher, quldurluğun diqqətlə planlaşdırıldığını və tez həyata keçirildiyini bildirib.


Onun sözlərinə görə, bütün oğurluq beş dəqiqə çəkib və sənət əsəri heç vaxt tapılmayıb”. Görünür, onu kəsib satıblar.


Ehtimal olunur ki, basqından sonrakı günlərdə bu iki şəxs oğurlanmış qızılların şifrəsi kimi “avtomobil” sözünü işlədib və zərgərlə əlaqə saxlamağa nail olublar.
 

Unitazın çəkisi 98 kq olub və 4,75 milyon funt sterlinqə sığortalanıb.
 

Üç təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. Digər müttəhim Ceyms Şin qapını sındırıb içəri girdiyini, cinayət əmlakını köçürdüyünü və cinayət törətmək üçün sui-qəsd təşkil etdiyini etiraf edib.
 

Məhkəmə, qızıl unitazın kiloqramı 25,632 funt sterlinqə hissə-hissə satıldığını və oğurlanan qızılın təxminən 20 kiloqramının satıldığını qəbul edib.


Müttəhimlər kürsüsünə də girən London zərgəri satdığı hər kiloqram qızıl unitazdan təxminən 3000 funt sterlinq qazanc əldə edib.
 

Qeyd edək ki, qızıl unitazın oğurlandığı Blenheim Sarayı “UNESCO”nun Dünya İrsi Siyahısına daxildir Ser Uinston Çörçilin doğulduğu yerdir. Məhkəmə davam edir.

 

Asyel


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...