Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı


Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadisə yerinə gələndə çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin pəncərəsinin kənarında oturan keçi görüb təəccübləniblər. Onun necə ora çıxması hələ də sirr olaraq qalır.
 

Sfera.az bildirir ki, bu maraqlı hadisə barədə fevralın 20-də yerli “Bomberos Madrid Facebook” səhifəsində məlumat verilib.
 

Məlum olub ki, heyvan beşinci mərtəbədəki mənzilin bağlı pəncərəsinin arxasında olub. Mənzilin özü boş olub, içəridə heç kim olmayıb, ona görə də keçinin buradan pəncərəyə necə çıxdığı məlum deyil.


Yanğınsöndürənlər heyvanı xilas etmək üçün hiylə işlətməli olublar. Ona yalnız qonşu eyvandan çata biliblər, ona görə də mənzildən keçərək ora keçiblər və oradan da bu cür heyvanların sevdiyi yeməklərin köməyi ilə keçini “aldadıblar”. Keçiyə yerkökü və xiyar təklif edilib.
 

Keçinin çoxmərtəbəli binanın pəncərəsində nə qədər qaldığı məlum deyil, lakin ac heyvan xilasedicilərin şirnikləndirici təklifinə xeyli vaxtdan sonra cavab verdiyi görünür. O, eyvana çıxıb, yanğınsöndürənlər onu tuta biliblər. Daha sonra heyvan hazırda yerləşdiyi Madrid Baytarlıq Təcili Xidmətinə təhvil verilib.
 

Keçinin necə bu qədər yüksəkliyə qalxdığı hələ də məlum deyil. Heyvanın əslində kimə məxsus olduğu da sirr olaraq qalır və sahiblərinin axtarışı davam edir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...