Bu şəxslərə aylıq 250 manat kompensasiya ödəniləcək

Bu şəxslərə aylıq 250 manat kompensasiya ödəniləcək

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası təsdiq edilib.
 

Sfera.az xəbər verir ki, bununla Bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 

Qərara əsasən, bu qayda rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
 

Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.
 

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.
 

Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.
 

Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiya ödənilir.
 

Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə qulluq keçmək üçün rotasiya olunanlara bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir.
 

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 (üç) misli məbləğində birdəfəlik ödəniş verilir.
 

Birdəfəlik ödəniş yaşadığı inzibati ərazi vahidini dəyişən rotasiya olunana yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
 

Bu Qaydanın 3.1-ci bəndinə uyğun ödənilən birdəfəlik ödəniş Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir.
 

Bu Qaydaya uyğun olaraq kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.
 

Bu Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir.
 

Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...