Şirkətdən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Şirkətdən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Çinin ən böyük şirkətlərindən biri subay və ya boşanmış işçilərindən 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənmələrini tələb edib, əks halda işdən çıxarılacaq.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qeyri-adi tələb 28 yaşdan 58 yaşa qədər olan işçilər üçün qoyulub.

 

"Shuntian Chemical Group" rəhbərliyinin qərarına əsasən, martın sonuna qədər ailə qurmayan subay işçilər açıq məktub yazaraq, özlərini tənqid etməli olacaqlar. İyunun sonuna qədər evlənməsələr, şirkət onların fəaliyyətini qiymətləndirmək məcburiyyətində qalacaq. Sentyabrın sonuna qədər subay qalsalar, işdən çıxarılacaqlar.

 

Maraqlıdır ki, "Shuntian Chemical Group" Linyi şəhərində (Şandun əyalətinin şərqi) ən böyük müəssisələrindən biridir. Ümumilikdə şirkətdə 1200 nəfər çalışır.

 

İşçilərin şəxsi həyatı ilə bağlı bu tələbi Pekin Universitetinin Hüquq fakültəsinin dosenti Yan Tian "South China Morning Post" (SCMP) qəzetinə şərh edib. Onun sözlərinə görə, bu cür tələblər Konstitusiyaya ziddir.

 

Baş verən mübahisədən sonra şirkət yoxlanılıb. Bundan sonra onlar əvvəllər bəyan etdikləri tələblərdən əl çəkiblər. Sonda ailə vəziyyətinə görə işçilərin heç biri işdən çıxarılmayıb. (Unikal.az)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...