ABŞ-nin Ukrayna ehtiyacı: 500 milyard dolların gizli hədəfi

ABŞ-nin Ukrayna ehtiyacı: 500 milyard dolların gizli hədəfi

"ABŞ Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qarşılanmasa da, bu, qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Millət vəkilinin sözlərinə görə, 26 trilyon dollardan çox təbii ehtiyatlara malik olduğu güman edilən Ukrayna qlobal təchizat zəncirində mühüm aktrlardandır və ölkə 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir.

 

V.Bayramov qeyd edib ki, Ukrayna titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir:

 

"Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır".

 

Deputat vurğulayıb ki, Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Millət vəkili eyni zamanda bildirib ki, elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir.

 

"Son illər Qərb dövlətlərinin Ukraynanın malik olduğu resurslara marağı daha da yüksəlib. Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa İttifaqı arasında bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış Kritik Minerallar üzrə Aİ-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş 100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin tam ödənilməsini hədəfləyirdi.

 

Göründüyü kimi, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktrların diqqətində olub. Bu arada, zəngin ehtiyatlara malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət edir və minimum əmək haqqı cəmi 192 dollardır",- millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...