Daha bir ölkə Ukraynadan pullarını geri istəyir

Dünya
17:20 / 25.02.2025
11749
Ukrayna göstərilən yardım üçün Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.
Sfera.az xəbər verir ki, bunu Slovakiyanın Milli Şurasının vitse-spikeri Andrey Danko deyib.
"Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Əgər almanlar, fransız və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, o zaman Slovakiya səssiz qala bilməz", - o bildirib.