Azərbaycan-Pakistan əlaqələrində yeni mərhələ

Azərbaycan-Pakistan əlaqələrində yeni mərhələ

Azərbaycan-Pakistan əlaqələri həmişə dostluq və qardaşlıq şəraitində inkişaf etməkdədir. Bu münasibətlər müstəqilliyimiz dövründə daha da möhkəmlənib. Pakistan ölkəmizin müstəqilliyini tanıyan və diplomatik əlaqə yaradan ilk ölkələrdəndir.

 

Bu günlərdə Pakistanın Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri bunun əyani sübutudur. Ölkələrimiz arasında tək siyasi, hərbi əlaqələr deyil, iqtisadi əlaqələr də inkişaf etməkdədir.

 

Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi son illərdə artmaqdadır. Azərbaycan neft və qaz ehtiyatlarına görə zəngin bir ölkədir və bu sahədə Pakistanla əməkdaşlıq genişlənir. Həmçinin, ölkəmizin enerji layihələrinə Pakistanın iştirakının artırılması müzakirə olunan mövzulardan biridir. Ötən ay Pakistan hökuməti tranzit və ikitərəfli ticarət yüklərini daşıyan Azərbaycanın qeydiyyatdan keçmiş avtomobillərinin ölkəyə daxil olmasına rəsmi icazə verib. Bununla da Azərbaycanın Kəraçi, Məhəmməd Bin Qasim və Qvadar limanına və bu limanlar vasitəsilə digər ölkələrə idxal etdiyi yüklərin daşınması asanlaşacaq.

 

Bundan başqa, tranzit və ikitərəfli ticarət yüklərinin daşınması üçün istifadə olunan Azərbaycan dövlət qeydiyyatına alınmış, etibarlı icazələri olan avtonəqliyyat vasitələrinə nəqliyyat vasitəsindən tutulan rüsum və vergilər üçün heç bir maliyyə təminatı alınmayacaq. Bu, hər iki ölkənin regional ticarət əlaqələrini genişləndirməyə kömək edəcək.

 

Göstəricilərə nəzər salsaq, görərik ki, əgər Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar həcmində ixrac həyata keçirmişdisə, 2022-2023-cü illərdə bu rəqəm 12 milyon dolları ötüb.

 

Bundan başqa, Azərbaycan və Pakistan ikitərəfli ticarət dövriyyəsini 2 milyard dollara qədər artırmağı planlayır. Bu da çox böyük rəqəmdir. Xüsusilə "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişafı, ticarət və nəqliyyat sahələrində daha böyük imkanlar açacaq.

 

Politoloq Rüfət Hüseyn Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasında mövcud olan münasibətlər çox sıx və dostanyanadır.

 

"Hər iki ölkə iqtisadi, siyasi və hərbi sahələrdə bir-birini dəstəkləyən və bir çox beynəlxalq məsələlərdə bir-birinə yaxın mövqedə olan ölkələrdir. Onların münasibətləri tarixən yaxşı olub və müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

 

Azərbaycan və Pakistan arasında güclü siyasi əlaqələr mövcuddur. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistan daim Azərbaycanın mövqeyini dəstəkləyib. Həmçinin, Pakistan da Azərbaycanın müstəqilliyini tanıyıb və hər zaman BMT-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".

 

Politoloq bildirib ki, ticarət və iqtisadi əlaqələr istiqamətində daha çox əməkdaşlıq üçün hər iki tərəf təşviqedici addımlar atır və ticarət dövriyyəsini artırmağa çalışır.

 

"Azərbaycanın və Pakistanın hərbi sahədə də əməkdaşlığı mövcuddur. Pakistan Azərbaycanı hərbi təlimlərdə və təcrübə mübadiləsində dəstəkləyir, həmçinin, iki ölkə arasında hərbi avadanlıqların satışı da həyata keçirilib. Hər iki ölkə arasında geosiyasi maraqlar mövcuddur. Pakistan Azərbaycan ilə Orta Asiya və Şərqi Avropaya açılan bir körpü kimi strateji əlaqələr qurmaq istəyir. Azərbaycan da öz növbəsində, Cənubi Asiya regionu ilə əlaqələrini gücləndirməkdə maraqlıdır", - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...