Ukrayna ABŞ-siz nə qədər tab gətirəcək? - AÇIQLAMA

Ukrayna ABŞ-siz nə qədər tab gətirəcək? - AÇIQLAMA

ABŞ-nin hərbi yardımı olmadan Ukrayna indiki səviyyədə yaya qədər mübarizə apara bilər. 

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən açıqlayıb. 

 

Jurnal yazır ki, ABŞ-nin silah yardımı olmasa yay aylarında Ukrayna çətinlikləri hiss etməyə başlayacaq. Bundan sonra Kiyev hava müdafiə sistemləri də daxil olmaqla ən müasir silahlarını itirə bilər. 

 

Adı açıqlanmayan bir Pentaqon rəsmisi deyib ki, indi Ukrayna hərbi texnika təminatının 55 faizini özü ya istehsal edir, ya da digər ölkələrdən öz pulu ilə alır. Qalan silahların 20 faizi ABŞ-dən, 25 faizi Avropadan çatdırılır. Ukrayna ildə 2,5 milyon ədəd artilleriya və minaatan mərmisi istehsal edir.

 

Sentyabr ayından etibarən ABŞ 3 milyon ədədə yaxın artilleriya mərmisi göndərib və 2024-cü ildə Avropa Birliyi (AB) artilleriya mərmilərinin istehsalını Ukraynaya görə 1,4 milyon ədədə qədər artırıb. Hazırda silah təchizatında problemi olmayan Ukraynanın yay aylarına qədər ABŞ-nin verdiyi inkişaf etmiş hava hücumları sistemləri, ballistik raketlər, naviqasiya sistemləri və artilleriya qurğularını əvəz etmək imkanı olmayacaq. 

 

Jurnala danışan hərbi səlahiyyətli qeyd edib ki, Avropa ABŞ-nin verdiyi silah sistemlərini indi lazım olan miqdarda istehsal etmir. Buna görə də ABŞ hərbi yardımları dayandırarsa, Ukrayna qısa müddətdən sonra ciddi çətinliklə üzləşəcək və mövqelərini qorumaq üçün gücünü itirəcək. 

 

Mütəxəssislər ən böyük problemin rus ballistik raketlərini vura biləcək “Patriot” hava hücumundan müdafiə sistemləri və ATACMMS sistemləri ilə bağlı yaranacağını da bildiriblər. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...