Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda

25 fevral 2025-ci il tarixindən etibarən ölkənin birinci bankı Kapital Bank rəsmi olaraq fəaliyyətini müasir texnologiyalar və qabaqcıl infrastrukturla təchiz edilmiş yeni baş ofisində davam etdirir.

 

Sfera.az xəbər verir ki, “Kapital Bank” ASC-nin baş ofisi artıq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr.153-“Port Baku Towers 2” ünvanında yerləşir. Qeyd edək ki, bu barədə məlumatı ötən ilin sonlarında mətbuat nümayəndələri ilə keçirilən görüşdə bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov da bildirmişdi. Eyni zamanda, bu gündən etibarən bankın “28 May” filialı fəaliyyətini dayandırır və müştərilər eyni xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşən Mərkəz filialından ala bilərlər.

 

Mərkəz filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Qeyd edək ki, yeni baş ofis bank əməkdaşlarının daha rahat, geniş imkanlarla təchiz olunmuş və innovativ iş şəraitində fəaliyyət göstərməsini, həmçinin daxili iş proseslərinin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmişdir. Hazırda bankda 5500-dən çox əməkdaş fəaliyyət göstərir və bu, bankın ölkənin əmək bazarına verdiyi müsbət töhfənin və ölkə iqtisadiyyatına qatdığı dəyərin də
bariz nümunəsidir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...