Niyazi Mehdinin ayağı amputasiya ediləcək

Cəmiyyət
15:27 / 25.02.2025
7451
Atamın səhhəti ağırdır. Hazırda evdədir. İki gündən sonra yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdiriləcək və sol ayağı amputasiya ediləcək.
Sfera.az xəbər verir ki, bu sözləri Teleqraf-a tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi atasının səhhətindəki son durum haqqında danışarkən deyib.
Qeyd edək ki, N.Mehdi ayağında baş barmağı amputasiya edilib. Onun 73 yaşı var.