Bu şəxslər imtahana girişdə pul ödəməyəcək - DİM-dən AÇIQLAMA

Bu şəxslər imtahana girişdə pul ödəməyəcək - DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb.  Belə ki, buraxılış imtahanına giriş qiyməti 20 manatdan 45 manata, blok imtahanı 40 manatdan 45/50 manata, altqrupu imtahanı 10 manatdan 20 manata, əlavə xarici dil imtahanı 10 manatdan 30 manatadək artırılıb.

 

Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynovanın sözlərinə görə, bəzi şəxslər tələb olunan ödənişlərdən azaddır: 

 

"Cari ilin məzunları buraxılış imtahanı və qəbul imtahanının birinci mərhələsində ödənişdən azaddırlar. Qəbul imtahanının ikinci cəhdində iştirak üçün isə ödəniş etməlidirlər. Ötən ilin məzunları nə vaxtsa bir dəfə qəbul imtahanında iştirak ediblərsə, onlardan ödəniş tələb olunacaq. Keçən ilin məzunu olub heç vaxt qəbul imtahanında iştirak etməyənlərdən də ödəniş tələb olunmayacaq". 

 

DİM rəsmisi ödəniş tələb olunmayan güzəşt kateqoriyalarının olduğunu da qeyd edib:

 

"Azərbaycan Respublikası ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş şəxslər, məcburi köçkün statusu olan şəxslər və I və II dərəcəli əlilliyi müəyyən olunmuş şəxslər güzəşt kateqoriyasına aiddirlər.

Şəxsdə bu 5 kateqoriyadan hər hansısa biri barədə sənəd olmalıdır. Bu status sistemdə varsa, birbaşa görünəcək. Əgər bu məlumat gəlmirsə, müvafiq quruma müraciət edilməlidir".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...