Çökən yolda vəziyyət necədir?


Çökən yolda vəziyyət necədir?

“Ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verən qəzanın səbəbi ilə bağlı dəqiq məlumat vermək çətindir”.

 

Sfera.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib.

 

O bildirib ki, dünən dərhal qəzanın aradan qaldırılması işlərinə başlanılıb:

 

“Bu hadisə ilə bağlı elan paylaşmışdıq. Elanda qeyd etmişdik ki, Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fevralın 25-i günün ikinci yarısına qədər fasilə yaranacaq, günün ikinci yarısından sonra qəzanın aradan qaldırılması işləri tamamlanacaq, ondan sonra suyun verilməsinə başlanılacaq. Amma operativ fəaliyyət nəticəsində qeyd etdiyimizdən daha tez, yəni saat 12:00 ərəfəsində qəza aradan qaldırıldı. Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir. Fasilə yaranan ərazilərə də suyun verilməsinə başlanılıb”. 

 

C. Musaoğlu qeyd edib ki, gün ərzində bu kimi qəzalar baş verir və dərhal aradan qaldırılır:

 

“Amma havaların şaxtalı keçməsi və hava vəziyyətinin dəyişməsi boruya təsir edir. Bu səbəbdən də ola bilər. Lakin müxtəlif səbəblər də olur. Əsas odur ki, kənar müdaxilə olmayıb. Bu qəza təbii qəza hesab olunur. Demək olar ki, gün ərzində Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilir və dərhal aradan qaldırılır”.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...