Kriptovalyuta bazarına böyük itki: Trampın YENİ SİYASƏTİ

Kriptovalyuta bazarına böyük itki: Trampın YENİ SİYASƏTİ

Kriptovalyuta bazarı son 24 saat ərzində böyük dəyər itkisi ilə üzləşib. Ümumi bazar dəyəri 8% azalaraq 3,1 trilyon dollardan aşağı düşüb. 

 

Sfera.az xəbər verir ki, bazar bu azalma ilə Donald Trampın qələbəsindən sonra əldə edilən qazancların çoxunu itirmiş oldu. “Bitcoin” qısa müddət ərzində 5%-dən çox dəyər itirərək 96 000 dollardan 91 000 dollara düşüb. Bahalı kriptovalyutalardan olan “Ethereum”un qiyməti 10% geriləmə ilə 2500 dollar səviyyəsindən aşağı enib. Digər bahalı kriptovalyutaların da qiymətində nəzərəçarpacaq enmə müşahidə olunub.

 

Analitiklər qeyd edirlər ki, bu cür geriləmələr əvvəllər də müşahidə olunub və normal prosesdir. Onların fikrincə, Trampın yeni tarif siyasəti kriptovalyuta bazarlarına mənfi təsir edir. Yeni tariflər ticarət həcmlərini azaltdığından kriptovalyutalara tələb zəifləyir. 

 

Donald Trampın ikinci prezidentlik müddətinin başladığı 20 yanvardan bu yana kriptovalyuta bazarı ümumilikdə 734 milyard dollar itirib. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...