Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər - AÇIQLAMA

Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər - AÇIQLAMA

"Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər".

 

Sfera.az xəbər verir ki, bunu "Yeni Sabah"a Mətbuat Şurasının rəhbəri Rəşad Məcid bildirib.

 

O, paytaxtın dəyişdirilməsi müzakirələrinə bu cür rəy bildirib:

 

"Cənab Prezident Ağdama, Xocalıya, Xankəndiyə son səfərində 1 nömrəli Ağdam məktəbində də oldu. Bu səfər mənim üçün də çox təsirli idi. Ona görə ki, mən də həmin 1 nömrəli məktəbdə oxumuşam. Hazırda o məktəbin tikintisi gedir. Ağdamdakı yeni quruculuq işləri ilə də tanışam. Həmişə də demişəm ki, Ağdam yaddaşımızda olan, uşaqlığımızın keçdiyi Ağdamdan daha əzəmətli və böyük şəhər olacaq. Mən hələ zəfərimizdən öncə həmişə deyirdim ki, Ağdamda gələcəkdə 1 milyonluq şəhər salmaq lazımdır".

 

Rəşad Məcid bildirib ki, Ağdam və Xankəndi paytaxt üçün əlverişli namizəd şəhərlərdir:

 

"Vaxtilə biz "525" qəzetində yeni paytaxta ehtiyac başlığı ilə yazılar yazırdıq. O yazılarda Azərbaycanın, Bakının yüklənməsi ilə bağlı problem qaldırılırdı. Eyni zamanda, Azərbaycanın hansı regionunda yeni paytaxtın daha münasib olacağı barədə fikirlər səslənirdi. Müxtəlif regionların adı çəkilirdi.

 

Zəfərimzidən sonra, əlbəttə, şərait başqadır. Mən arzulayıram və düşünürəm ki, ya Araz sahilində yerləşən hansısa şəhərimizdə, yaxud Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər. İnfrastrukturu inkişaf etmiş, böyük bir şəhərdə yeni paytaxt salına bilər.

 

Arzulayırıq ki, belə bir istək reallaşsın. Ağdamın böyük ənənələri var. Ağdam Qarabağın iqtisadi, mədəni mərkəzi olub. Şuşa Azərbaycanın mədəni mərkəzi kimi inkişaf edir. Hesab edirəm ki, Ağdam da bir iqtisadi paytaxt kimi inkişaf edə bilər. Gələcəkdə siyasi paytaxtımızın da dəyişməsi arzuolunandır".


OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...