Nəqliyyat və yükdaşıma sektorunda artım var - RƏQƏMLƏR

Nəqliyyat və yükdaşıma sektorunda artım var - RƏQƏMLƏR

"Azərbaycanın nəqliyyat və yükdaşıma sektorunda son illərdə əhəmiyyətli artım müşahidə olunur".

 

Sfera.az xəbər verir ki, bunu  İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

 

Onun sözlərinə görə, ölkənin strateji coğrafi mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı bu sahədəki dinamikanı gücləndirir:

 

“Belə ki, 2023-cü ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51,420.6 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 29.8% artım deməkdir. Yük dövriyyəsi isə 12,648.9 milyon ton-km olub ki, bu da 31.9% artım göstərir. 

 

2023 cü ildə daşınan yüklərin 54.4%-i (27,966.8 min ton) avtomobil nəqliyyatı ilə həyata keçirilib. Yüklərin 32.7%-i (16,841.2 min ton) dəmir yolu vasitəsilə, 12.9% (6,612.6 min ton) yük daşımaları isə dəniz nəqliyyatı ilə reallaşdırılıb”. 

 

E.Kərimli qeyd edib ki, son illərdə beynəlxalq yükdaşımalar sahəsində də əhəmiyyətli artım qeydə alınıb:

 

“2021-ci ildə Azərbaycan şirkətləri üçüncü ölkələrin ərazisindən 13,979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə bu göstərici 42,627-yə yüksəlib. Bu dövrdə milli daşıyıcıların gəlirləri 340 milyon manatı ötüb”. 

 

Ekspert sonda vurğulayıb ki, bu göstəricilər Azərbaycanın nəqliyyat və loqistika sektorunun dinamik inkişafını və beynəlxalq yükdaşımalar sahəsində artan rolunu əks etdirir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...