Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması bəyanat yaydı

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında, fevralın 24-də etdiyi çıxışında, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirmişdir. Əvvəlcə qeyd edək ki, nazir A. Mirzoyanın ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir”.

 

Sfera.az  xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda əks olunub.

 

“Ararat Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi öz ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

 

Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal etmiş və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdur. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə edilir. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir. 

 

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edirik”, - bəyanatda deyilir.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...