Putindən İlon Mask ilə əməkdaşlıq göstərişi

Putindən İlon Mask ilə əməkdaşlıq göstərişi

Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”-a ABŞ-lı milyarder və iş adamı İlon Mask ilə əməkdaşlıq etməyi tapşırıb.

 

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, Moskvanın ev sahibliyi etdiyi Gələcək Texnologiyalar Forumu çərçivəsində Qazprombank-ın vitse-prezidenti Dmitri Zauers ilə görüşən Putin, kosmik və raket texnologiyalarında istifadə olunan batareyaları araşdırıb. O, “Mask ilə gücləri birləşdirmək lazımdır” ifadəsini işlədərək, birgə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

 

Putin çıxışı zamanı qeyd edib ki, Mask ABŞ-dakı yenidənqurma prosesindən sonra elmi araşdırmalara qayıdacaq və bu sahədə əməkdaşlıq üçün imkanlar mövcuddur.

 

“Onunla iş birliyi qurun. Biz artıq kosmosda əməkdaşlıq məsələsini müzakirə edirik”, – deyə Rusiya lideri əlavə edib.

 

Xatırladaq ki, İlon Mask Tesla, SpaceX və X-in sahibi olmaqla yanaşı, eyni zamanda ABŞ-ın Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini icra edir.  “Qazprombank” isə ABŞ və Qərbin sanksiyalarına məruz qalan Rusiya bankları sırasında yer alır.

 

Müşahidəçilər hesab edirlər ki, bu addım Rusiyanın kosmik texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq axtarışında olduğunu və bu məqsədlə İlon Mask ilə əlaqələr qurmaq istədiyini göstərir.

 

Altay

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...