194 əsgərin həyatını xilas edən göyərçin - Cher Aminin qəhrəmanlıq hekayəsi

194 əsgərin həyatını xilas edən göyərçin - Cher Aminin qəhrəmanlıq hekayəsi

Müharibənin ortasında yüzlərlə əsgəri xilas edən qəhrəman göyərçin... Gözləri yaşla dolduran bu inanılmaz hekayə cəsarətin ən saf formasını ortaya qoyur.

 

Bəs balaca bir quş müharibənin taleyini necə dəyişdi? 

 

Sfera.az bu yazıda tarixin tozlu səhifələrindən daşıyıcı göyərçinin unudulmaz hekayəsini sizə təqdim edir. 

 

Bəşər tarixinin ən qəddar dövrlərindən biri olan Birinci Dünya Müharibəsi təkcə insanlar üçün deyil, heyvanlar üçün də cəsarət sınağı olmuşdur. Bu çətin günlərin ən təsirli qəhrəmanlarından biri daşıyıcı göyərçin idi: Cher Ami, yəni “Mənim yeganə dostum”.

 

Texnologiyanın indiki qədər inkişaf etmədiyi illərdə əsgərlər arasında ünsiyyəti təmin edən bu kiçik heyvanlar minlərlə insanın həyatını xilas etməkdə böyük rol oynayıb. Ancaq Cher Aminin hekayəsi adi bir göyərçin hekayəsindən daha çox şey idi...

 

 

1918-ci ildə amerikan əsgərləri Fransanın Arqon meşələrində alman qüvvələri tərəfindən mühasirəyə alındı ​​və köməyə çox ehtiyacı vardı.

 

500 əsgər düşmənlə müttəfiqlərin atəşi arasında qalıb, onların ərzaq və sursatları tükənmişdi.

 

Sağ qalmaq şansı demək olar ki, yox idi. Onların cəmi üç daşıyıcı göyərçinləri qalmışdı. İlk iki göyərçin havaya qalxarkən vuruldu. Geridə yalnız Cher Ami qalmışdı.

 

 

Son ümid olaraq “276.4 paralelindəyik. Öz müttəfiqlərimiz bizə atəş açır. Allah xatirinə, buna son qoyun!” mesajı ilə Cher Ami səmaya buraxılıb. Ancaq səyahət heç də asan deyildi. Düşmən atəşi altında uçan bu kiçik qəhrəman ciddi xəsarətlər alırdı.

 

Onun bir gözü kor olub, sinəsindən güllə yarası alıb, ayağı az qala kəsilib. Buna baxmayaraq, o, 25 mil (təxminən 40 kilometr) məsafəni cəmi 25 dəqiqəyə qət edərək mesajı çatdırmağı bacarıb. Cher Ami sayəsində 194 əsgər xilas edilib.

 

Bu cəsur göyərçin Amerika əsgərlərinin simvoluna çevrildi və böyük sevgi ilə mükafatlandırıldı. Onun yaralı bədəni taxta ayaqla tamamlanıb, ona xüsusi qulluq göstərilib və beləliklə, daha bir il sağ qalıb.

 

 

Bir çox medallara layiq görülən Cher Ami ölümündən sonra kişi olaraq qeydə alınsa da, onun əslində qadın olduğu məlum olub. Hal-hazırda Milli Amerika Tarixi Muzeyində "Azadlığın qiyməti" sərgisində nümayiş etdirilir.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...