Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba olub.
 

Sfera.az bildirir ki, cütlük Havayda çəkilmiş təsirli fotolarını İnstaqramda "Evlilik həyatına girdik" başlığı ilə yerləşdirib.
 

Bu görüntüləri internetdə paylaşmaq qərarını açıqlayan qadın sosial mediadan digər insanları ümidini itirməmək və yaşamaq üçün motivasiya etmək üçün istifadə etdiyini qeyd edib. “Biz cütlük olaraq xarici görünüşü fərqli olan və ya əlilliyi olan insanları sevdiklərini tapmaq ümidini itirməmək üçün motivasiya edirik” - deyə Kobe bildirib.


Co faciəsinin təfərrüatları
 

Co DiMeonun həyatı 2018-ci ilin iyul ayında gecə növbəsindən sonra “Dodge Challenger”in sükanı arxasında yuxuya getdikdə və dəhşətli qəzaya düşdükdən sonra həmişəlik dəyişib. O sağ qala bilsə də, qəzanın nəticələri dəhşətli olub.
 

Co üçüncü dərəcəli yanıq xəsarətləri (bədəninin 80%-i) alıb. O, tibbi komaya salınıb, bundan sonra barmaqlarının ucları amputasiya edilib və 20-dən çox rekonstruktiv əməliyyat aparılıb. Uzun müddətli müalicədən sonra möcüzə nəticəsində ayağa qalxıb.

 

Sevgi hekayəsi
 

Yeni bədəninə alışması illər çəkib. Bir gün bir Cessika Kobi “İnstaqram”da ona yazıb. Qadın çətin anlarında ona dəstək olmaq istəyirdi. Məlum olub ki, cütlüyün ortaq cəhətləri çoxdur, xüsusən də itlərə sevgi. Onların münasibətləri platonikdən romantikaya doğru irəlilədikcə, Kobi sevgilisinə daha yaxın olmaq üçün Nyu Cersiyə köçüb. O vaxtdan bəri onların əlaqələri daha da güclənib.


Aynil


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...