Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi


Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan qaynaqlandığından şübhələniblər. Beyin skanı nəticəsində məlum olub ki, adamın beyninin yarısı yoxdur. IQ testinin nəticəsi 75 olub. Bunun normal həddən bir qədər aşağı olduğu bildirilib.

Sfera.az bildirir ki, nadir hadisə Fransanın cənubundakı bir şəhərdə baş verib.


44 yaşlı kişi iki həftə ardıcıl ayaqlarında ağrı hiss edib. Yaşadığı ağrı və halsızlıqdan həkimə gedən adam həyatının şokunu yaşayıb.
Onun altı aylıq olarkən beyin əməliyyatı keçirdiyi məlum olub.
 

Müayinələrdən sonra həkimlər nevroloji xəstəlikdən şübhələniblər. Xəstənin altı aylıq olarkən stend əməliyyatı keçirdiyi müəyyən edilib. Məlum olub ki, kişi beyində həddindən artıq maye yığılması aşkar edildiyi üçün bu əməliyyatı etdirib.
 

Stend əməliyyatı, artıq mayenin beyindən bədənin başqa bir hissəsinə axıdılması üçün nazik bir boru yerləşdirməyi nəzərdə tutur.
Beyin skanı nəticəsində həkimlər beynin böyük hissəsinin maye ilə örtüldüyünü görüblər.


 

Ağızları açıq qoyan hadisə “The Lancet” tibb jurnalında da paylaşılıb. Beyin skanı nəticəsində məlum olub ki, kişinin beyninin çox hissəsi qara görünür. Xəstənin beyin drenaj kanallarının illər keçdikcə daraldığı, beyində maye yığılmasına səbəb olduğu bildirilib.

 

Mütəxəssislər beynin normaldan çox kiçik olduğunu bildiriblər. Həkimlər bu hadisənin unikal olduğunu vurğulayıblar.
 

Bu vəziyyətin kişinin zehni qabiliyyətlərinə necə təsir etdiyini öyrənmək üçün IQ testi aparılıb. Kişinin IQ-su 75 idi. Bu, "normal" diapazondan aşağıdır.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...