Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bu il sona çatacağına ümid etdiyini bildirib.

Sfera.az xəbər verir ki, o, Kiyevdə keçirilən “Ukraynaya Dəstək” sammitindən sonra açıqlama verib.
 

“Bu müharibənin üç il davam etməsinə imkan vermədən, məhz bu il bitirə biləcəyimizə ümid edirəm. Mövcud vəziyyət xalqımız üçün son dərəcə çətindir”, – deyə Zelenski qeyd edib.
 

O, həmçinin ədalətli və dayanıqlı sülhün vacibliyini vurğulayaraq, müharibənin başlanmasına səbəb olan amillərin unudulmamalı olduğunu bildirib. Zelenski, müharibəni başladanların ədalət qarşısında cavab verəcəyini də əlavə edib.
 

Ukrayna lideri çıxışı zamanı Avropa İttifaqı və NATO-ya üzvlüyün ölkənin gələcək təhlükəsizliyinə böyük töhfə verəcəyini bildirib. O qeyd edib ki, güclü ordu və möhkəm müttəfiqlərə sahib olmaq, Rusiyanın yenidən hücuma keçməsinin qarşısını ala bilər.
 

Sammitdə Avropa İttifaqı liderləri ilə yanaşı, Şimali Avropadan və Kanadadan yüksək səviyyəli nümayəndələr də iştirak edib. Toplantıda Ukraynaya dəstəyin davam etdirilməsi və müharibənin bitirilməsi üçün atılacaq addımlar müzakirə olunub.

Altay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...