Kriptovalyuta bazarı hərəkətlənir: Həftənin ən çox qazandıran TOKENLƏRİ

Kriptovalyuta bazarı hərəkətlənir: Həftənin ən çox qazandıran TOKENLƏRİ

Son günlər kriptovalyuta bazarında ciddi qiymət dəyişiklikləri baş verib. Bəzi altkoinlər rekord həftəlik artımlarla investorların diqqətini çəkib.
 

Sfera.az xəbər verir ki, bu həftənin ulduzu Story (IP) tokeni olub. Tokenin qiyməti 1,50 dollardan 5,80 dollara qədər yüksələrək 205%-lik artım göstərib. Daha sonra müəyyən eniş yaşansa da, hazırda 4,40 dollar səviyyəsində sabitləşib.

 

DeFi sektorunun tanınmış layihələrindən Maker (MKR) də güclü performans nümayiş etdirib. Token həftə ərzində 58% bahalaşaraq 1.000 dollardan 1.585 dollara qədər yüksəlib.

 

Digər diqqətçəkən aktivlərdən biri isə Sonic (S) tokeni olub. Keçmiş FTM tokeni olan Sonic, həftə ərzində 60% dəyər qazanaraq 0,52 dollardan 0,81 dollara yüksəlib və hazırda 0,80 dollar üzərində ticarət olunur.
 

Analitiklər hesab edirlər ki, bazardakı bu hərəkətlilik növbəti yüksəliş dalğasının başlanğıcı ola bilər. Xüsusilə Story və Maker tokenləri texniki göstəricilərinə görə gələcəkdə də yüksəliş trendini qoruyub saxlaya bilər.
 

Bununla yanaşı, kriptovalyuta bazarının yüksək volatilliyə malik olduğunu nəzərə alaraq investorların ehtiyatlı davranması tövsiyə olunur.

Altay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...