Pakistanda qanlı terror
Dünya
10:55 / 21.01.2017
1014
Pakistanda bazarda törədilən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışda 51 nəfər xəsarət alıb.
Yaralıların yerləşdirildiyi xəstəxandan bildirilib ki, 21 nəfərin 11-i xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Ölü sayının artacağı istisna edilmir.
Pakistanın xarici işlər naziri Çaudri Əli Xan partlayışla bağlı araşdırmanın aparılacağını söyləyib.