Bakıda müəmmalı kütləvi ölümlərin təfərrüatı - VİDEO


Bakıda müəmmalı kütləvi ölümlərin təfərrüatı - VİDEO

Sabunçu rayonunda 15 nəfərin etil spirtindən zəhərlənərək ölməsinin təfərrüatı məlum olub.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, ölən şəxslər arasında qadınlar da var.

 

Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda ibtidai istintaq davam etdirilir.

 

Daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda məktəblərin sayı azalır - Səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda son iki il ərzində orta ümumtəhsil məktəblərinin sayı 76 ədəd azalıb.  Proseslər göstərir ki, məktəblərin sayında azalma davam edə bilər....

Avropa Liqasında "Qarabağ"ın potensial rəqiblərinin adı müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşka...

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.  ...

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...